Accessibility links

Pol Consonun qatilləri qətlə yetirilib - 2004-06-19


Xəbər verildiyinə görə dünən gecə paytaxt Riyadda amerikalı Pol Consonun cəsədini tapdıqdan sonra Abdul Əziz ƏL-Murqinin və onunla əlbir olan üç yoldaşının olduğu maşın Səudiyyə Ərəbistanının təhlükəsizlik qüvvələri tərəfindən təqib edilmiş və həmin şəxslər qətlə yetirilmişlər. Səudiyyə hökuməti qətlə yetirilən Əl-Qaidə terrorçularının cəsədlərinin şəklini yayımlamışdır. ƏL-Muqrin Əl-Qaidə terrorist qrupunun liderlərindən biri olmaqda və cənab Consonun qətlində günahlandırılır. İnşaat mühəndisi Pol Consonun işgəncələr verilmiş cəsədi qətlə yetirildikdən altı gün sonra aşkar edilmişdir. Prezident Buş Siyetl şəhərində etdiyi çıxışında amerikalı Pol Consonun Səudiyyə Ərəbistanında İslam yaraqlıları tərəfindən qətlə yetirilməsini pisləmiş və demişdir ki, belə şeylər Birləşmiş Ştatları qorxutmayacaq. Consonun qətlə yetirildiyi təsdiq edildikdən sonra prezident Buş onun ailəsinə başsağlığı vermiş və demişdir ki, düşmən nə dərəcədə qəddar olduğunu nümayış etdirdi. O demişdir: “Başqa amerikalılara da ziyan yetirməzdən əvvəl biz belə insanları təqib etməliyik və onlar ədalət qarşısında cavab verməlidirlər. Onlar Amerikanı qorxutmağa çalışırlar. Onlar Amerikanı geri çəkilməyə məcbur etmək istəyirlər. Lakin Amerika geri çəkilməyəcək.” Pol Conson Birləşmiş Ştatların Lukhid Martin Aviasiya və Fəza firmasının Apaçi vertolyot zavodunda işləyirdi. O, keçən həftənin şənbə günü Səudiyyənin paytaxtında girov götürülmüşdü. Usama Bin Ladenə sadiq olan Səudiyyə qrupu Consonun qətlə yetirilmiş şəklini internet vasitəsi ilə yaymışlar. Consonu girov götürənlər Səudiyyə həbsxanalarında həbsdə olan yaraqlıların azad edilməsini tələb etmiş və keçən cümə gününə qədər vaxt qoymuşdular. Səudiyyə hərbiçiləri girov götürüləni intensiv olaraq dağlarda və fermalarda axtarırdı. Cənab Conson son iki həftə ərzində Səudiyyə Ərəbistanında qətlə yetirilən üçüncü amerikalıdır. Cümə axşamı Birləşmiş Ştatların Dovlət Departamenti öz vətəndaşlarını o təhlükəsizlik məqsədi ilə Səudiyyə Ərəbistanını tərk etməyə çağırmışdır.

XS
SM
MD
LG