Accessibility links

Avropa ölkələrinin hakim partiyaları məğlubiyyətə uğradı - 2004-06-14


Avropa ölkələrinin hakim partiyaları Avropa Birliyinin seçkilərində məğlub olublar. Son nəticələrə görə Almaniya, Fransa, Hollandiya, İtaliya, Polşa və Çex Respublikasında müxalif partiyaların nailiyyəti müşahidə edilmişdir. Britaniyanın hakim partiyası da məğulubiyyətə uğramışdır. 25 ölkədə 4 gün sürən seçkilər dünən başa çatmışdır. Ümumi səsvermə fəallığı rekord səviyyədə aşağı-44 faiz olmuşdu. Avropa Birliyinə yeni üzv ölkələrdə isə bu göstərici daha aşağı-25 faiz idi. 765 yerli Avropa Parlamentində mərkəz sağçıların daha artıq yer əldə edəcəyi gözlənilir.

XS
SM
MD
LG