Türkiyə kürd fəallarını həbsdən azad edib kürd dilində radio-televiziya proqramlarının yayımlanmasına icazə verdikdən sonra Avropa Birliyinə üzv olmağa yaxınlaşır. Bu sözləri deyən Avropa Şurasının baş katibi Valter Şvimmer əlavə edib ki, Ankara hökumətinin addımı onun başçılıq etdiyi təşkilatın Türkiyədə insan hüquqları sahəsində vəziyyətə nəzarət etməsinə son qoymaq imkanı verəcək. Kürd fəalı Leyla Zana və üç başqa kürd siyasətçisi dünən azadlığa buraxılıblar. Bu, Avropa Birliyinin insan hüquqları sahəsində vəziyyəti yaxşılaşdırmaq tələblərinə cavab olaraq atılmış addımdır.