İnsident iki həftə bundan əvvəl ABŞ hərbi qüvvələrilə qarşıdurmaya son qoymaq üçün razılığın əldə edilməsindən sonraya təsadüf edir. Yerli xəstəxanalardan verilən məlumata görə, gecə döyüş zamanı bir polis nəfəri daxil olmaqla, dörd adam qətlə yetirilib, ondan artıq adam yaralanıb. Döyüşə nəyin səbəb olduğu məlum deyil. Birləşmiş Ştatların hərbi qüvvələri hücum əməliyyatlarını dayandırmaq, müqəddəs şəhərdən qüvvələri geri çəkmək, şəhərin təhlükəsizliyinin İraq polisi tərəfindən təmin edilməsi üçün imkan yaradılması haqda razılığa uyğun olaraq, döyüşdə iştirak etməyiblər.