Accessibility links

Iraqda zorakılıqlar ara vermir - 2004-06-08


Bu gün İraqda iki maşına yerləşdirilmiş bomba partlayışları 13 iraqlı və bir Amerika əsgərinin həlak olmasına səbəb olub. Partlayışlardan biri Amerikanın Baqubadakı hərbi bazası, digəri isə Mosul şəhər merinin ofisi qarşısında baş verib. Birinci partlayış 3 əsgər və 16 iraqlı, ikincisi isə 25 adamın yaralanması ilə nəticələnib. Bağdadın cənub bölgəsində Slovakiya, Polşa və Latviyanın 6 əsgəri öldürülüb. Bağdadın qərbində yerləşən Fəlluca şəhərində isə Amerikanın hərbi dəniz qüvvələrinin əsgərləri hücuma məruz qalıb.

XS
SM
MD
LG