Accessibility links

MKI rəhbəri Corc Tenetin istefasına müxtəlif reaksiyalar var - 2004-06-04


Birləşmiş Ştatlar qanunvericilərinin Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Cocr Tenetin istefasına münasibətləri birmənalı deyil. Nümayəndələr palatasının Respublikaçı spikeri Denis Hastert cənab Teneti oz işinə və liderlik qabiliyyətinə görə alqışlayıb, Amma başqa bir Respublikaçı, Alabama Senatoru Riçard Şelbi söyləyib ki, cənab Tenetin istefasının vaxtı çoxdan gəlib. Kəşfiyyat idarəsinin rəhbəri Cümə Axşamı şəxsi səbəbləri əsas götürərək istefa verib. Amma çoxları onun bu qərarını idarənin Sentyabrın 11-i terror hasidəsinin qarşısını ala bilməməklə və İraqla müharibədən qabaqkı kəşfiyyat uğursuzluqları ilə əlaqələndirir. Cənab Tenetin itefası qarşıdan gələn və ona qarşı yuksək tənqidi tonla çıxış edən Senat hesabatının açıqlanmasından bir az öncəyə təsadüf edir.

XS
SM
MD
LG