Accessibility links

Olimpiya oyunlarına biletlərin satışı ləng gedir - 2004-06-01


Afinada keçiriləcək Olimpiya oyunlarına olan biletlərin yarısından çoxu satılmayıb. Buna səbəb satışların ləng getməsi və korporativ sponsorluğun olmamasıdır. Ümumilikdə Olimpiya oyunları üçün 5.3 milyon bilet ayrılıb. Onlardan 3 milyonu geniş ictimaiyyət üçün, 2.3 milyonu isə Olimpiya oyunlarında iştirak edənlərin qohumları, sponsorlar və rəsmilər üçün nəzərdə tutulub. İndiyə kimi yalnız 1 milyon 830 min bilet satılıb. Bununla belə, oyunların təşkilatçıları satışdan çıxan gəlirdən razı olduqlarını bilidiriblər. Belə ki, onlar bilet satışından götürməli olduqları 223 milyon dolların 75%-ni artıq əldə ediblər.

XS
SM
MD
LG