Accessibility links

Radikal İslamçı ruhani Alman polisinə təslim olub - 2004-05-31


Alman məhkəməsi tərəfindən Türkiyəyə təhvil verilməsi haqda qərar çıxarılandan sonra yoxa çıxmış radikal İslamçı ruhani cədvələ uyğun olaraq Köln şəhərindəki polis idarəsinə gəlmişdir. Muhammed Metin Kaplan Türkiyədə vətənə xəyanət maddələri üzrə axtarışdadır. Türk rəsmilərinin dediyinə görə Kaplan 1998-ci ildə içinə partlayıcı maddələr doldurulmuş təyyarəni Atatürk mavzoleyinə uçurtmağı nəzərdə tutan qəsd planının müəllifidir. Xatırladaq ki, cənab Kaplan rəqib ruhaninin öldürülməsinə səslədikrdən sonra 4 il müddətinə Alman həbsxanasında azadlıqdan məhrum edilmişdi. Kaplanın başçılıq etdiyi qrup Türkiyənin dünyəvi hökumətini devirməyi məqsəd götürüb.

XS
SM
MD
LG