Accessibility links

Gürcüstan qüvvələri qısa müddətə Cənubi Ossetiyaya girmişlər - 2004-05-31


Gürcüstan Prezidenti Mikhail Saakashvili İyunun 20-ni Acarıstan Muxtar Respublikasında parlament seçkilərinin keçiriləcəyi tarix kimi müəyyən etmişdir. Bu barədə açıqlamanı Gürcüstan prezidenti regiona gəldikən sonra verib. Xatırladaq ki, keçən həftə Acarıstanın sabiq rəhbəri Aslan Abaşıdze bir ay davam edən hakimiyyət davasından və şəhərdə artan etiraz dalğasından sonra oranı tərk etmişdir. Cənab Saakaşvili həmçinin Eduard Surmanidzeni Batumi şəhərinin meri təyin edən sərəncam imzalamışdır. Abaşidze ölkəni tərk etməzdən əvvəl cənab Surmanidze Bizim Acarıstan adlı müxalifət hərəkatının lideri idi. Bundan əvvəl Batumi şəhərinin meri Aslan Abaşidzenin oğlu Georgi Abaşidze idi.

XS
SM
MD
LG