Accessibility links

İsrailin baş naziri Vaşinqtona səfərini təxirə salıb - 2004-05-09


İsrail rəsmiləri baş nazir Ariel Şaronun gələn həftə Vaşinqtona səfərinin təxirə salındığını bildirirlər. Onlar bu barədə ətraflı məlumat verməyiblər. Lakin İsrailin siyasi mənbələri bildirirlər ki, cənab Şaron bu gün keçirdiyi kabinetinin yaığıncağında Fələstinin bəzi ərazilərindən yəhudi yaşayış məntəqələrinin köçürülməsi haqqında yeni planı barədə məlumat verib. Cənab Şaronun üç həftə müddətində bu yeni planı təklif edəcəyi gözlənilir. Onun bundan əvvəl təklif etdiyi planı bir həftə əvvəl Likud partiyasının keçirdiyi referendumda rədd edilmişdi.

XS
SM
MD
LG