İsrailin döyüş təyyarələri Livanın cənub bölgələrini bombardman edib. İsrail hücumu sərhəd bölgələri atəşə tutan partiazanlardan qisas alındığı kimi izah edir. Livan ordusu İsrailin yerləri hədəf aldığını inkar etsə də, təyyarələrin Livanın hava sərhədlərini pozduğunu bildirib. Eyni zamanda İsrail Qəzza bölgəsindəki qaçqın düşərgəsində 10 evi buldozerlə dağıtmışdır. Bir fələstinlinin həlak olduğu, 10-dan artıq insanın yaralandığı xəbər verilir. Qəzzanın sərhəd bölgəsində daha iki fələstinlinin qətlə yetirildiyi bildirilir.