Accessibility links

İordaniya kralı prezident Buşla görüşünü təxirə salıb - 2004-04-20


İordaniya kralı Abdulla Amerikanın Yaxın Şərqin sülh prosesindəki roluna görə prezident Buşla görüşünü təxirə salıb. Liderlər çərşənbə günü Vaşinqtonda görüşməli idilər. İordaniya krallığının bildirdiyinə görə İordaniya Fələstin əraziləri ilə bağlı Vaşinqtonun mövqeyini aydınlaşdırmasını istəyir. Keçən həftə prezident Buş İsrailin Qəzza zolağındakı yahudi yaşayış məntəqələrinin boşaldılması, lakin eyni zamanda İordan çayının qərb sahilində onların saxlanmasını irəli sürən planı dəstəkləmişdi. Qəzəbli Fələstin liderləri prezidentin mövqeyini tənqid edərək, Fələstin torpaqlarını almağa heç kimin ixtiyarı olmadığını bildirmişlər.

XS
SM
MD
LG