İsrailin baş naziri Ariyel Şaron Qəzza zolağından çıxmaq planını müdafiə edərək vəziyyətin indiki kimi qalmasını İsrail üçün siyasi baxımdan təhlükəli hesab etdiyini deyib. Tel-Əvivdə dünən axşam etdiyi çıxışında cənab Şaron deyib ki, İsraillə fələstinlilər arasında yaranmış çıxılmaz vəziyyət davam etsə, İsrail onun siyasi və milli təhlükəsizlik maraqlarına uyğun olmayan beynəlxalq həll variantını qəbul etmək üçün təzyiqlərlə qarşılaşa bilər. Baş nazir şaron bu gün planını müzakirə etmək üçün Birləşmiş Ştatların Vilyam Börnslə görüşməlidir.