Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Kofi Annan Kiprin Yunan və Türk icmaları arasında gedən danışıqlara öz çəkisini əlavə etməkdən ötrü İsveçrə kurortuna gəlmişdir. Danışıqların məqsədi May ayının 1-nədək Aralıq dənizində yerləşən adanın siyasi baxımdan birləşdirilməsidir. Bir neçə günün danışıqları sərbəst federal formatlı hökumətin yaradılmasını nəzərdə tutan BMT planı üzərində ciddi irəliləyişlərə nail olmayıb. Qarşıdan gələn günlərdə Yunan və Türk baş nazirlərinin sessiyalarda iştirak edəcəyi gözlənilir. Kiprin Mayın 1-də Avropa İttifaqına daxil olması nəzərdə tutulub. Əgər o vaxta kimi birləşmə haqda razılıq əldə olunmasa onda adanın yalnız Yunanlara aid olan hissəsi Avropa İttifaqı üzvlüyündən bəhrələnə biləcək.