Türkiyədə sabah keçiriləcək bələdiyyə seçkilərində hakim Ədalət və İnkişaf Partiyasının qalib gələcəyi gözlənilir. Artıq bir il yarımdır hakimiyyət başında olan bu partiya Türkiyənin Avropa Birliyinə üzvlüyünün sürətləndirilməsi məqsədi ilə demokratik islahatlar aparır. Partiya eləcə də Türkiyənin iqtisadi stabilliyini də təmin edə bilmişdir. Son rəy sorğularına görə 2002-ci ilin noyabrında keçirilən seçkilərdə qələbə çalan Ədalət və İnkişaf partiyası milli seckilərdə 35 faiz səslə qələbə əldə edəcək. Bəzi təhlilçilər bazar günü keçiriləcək seçkilərdə qələbə əldə edəcək islamı gündəlik həyata təsirini dəstəkləyən İslamçı partiyanın bəzi liderlərinin dini daha geniş şəkildə yayacaqlarından ehtiyat edirlər. İslamçı qrupun keçmiş üzvləri tərəfindən formalaşan Ədalət və İnkişaf partiyası Türkiyənin Avropa Birliyinə üzv olması uğrunda on illərdir davam etdiyi mübarizyə təkan vermişdir. Partiyanın hakimiyyəti dövründə Türkiyədə inflyasiya göstəriciləri ilk dəfə olaraq təkrəqəmli ədədlərə enmiş, ilk dəfə olaraq milli Türk lirəsi sabitləşmiş, ixracat aptmışdır. Fraksiyalararası münaqişələr və korrupsiya şətaitində yaşayan milyonlarla türk üçün bu partiya siyası sabitlik də yaratmışdır. Rəy sorğularına əsasən hakim partiyanın əsas rəqibi dünyəviçi Respublikaçı Xalq Partiyası səslərin 20 faizini əldə edəcək. Təhlilcilərin dediyinə görə Ədalət və İnkişaf partiyasının uğurunun səbəblərindən biri onun türkiyəni qərbdan uzaqlaşdırmaq niyyətində olmaması və 80 il əvvəl müasir Türkiyənin banisi Mustafa Kamal Atatürkün dünyəviçi siyasətinin 8 faizini qüvvədə saxlaması olmuşdur. Bununla belə A-K-P bələdiyyələrdə də özünü yaxşı göstərmişdir. Korrupsiya minimuma enmiş, xüsusilə şəhərlərin yoxsul təbəqələrinin ictimai xidmətlərinin vəziyyəti yaxşılaşmişdır. Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğan hələ Tükiyənin ən böyük şəhəri İstambulda mer olduğu zaman yaxşı reputasiya qazana bilmişdi. Onun bir zamanlar quraqlıq çəkən on milyonluq şəhərə xidmətləri arasında şəhərin su ilə təmin edilməsi xüsusi yer alır.