Accessibility links

BMT-nin nüvə ekspertləri İrana qayıdır  - 2004-03-26


BMT-nin nüvə agentliyinin ekspertləri İranda iki nüvə obyektini yoxlamaq üçün şənbə günü ölkəyə qayıdır. Müfəttişlərin səfəri Beynəlxalq Atom Enerjisi agentliyi Tehranı nüvə proqramları haqda informasiyanı gizli saxladığına görə tənqid etməsindən sonra İran tərəfindən martın 12 təxirə salınmışdı. Qurumun nümayəndəsi ekspertlərin Natanzda qaz sentrifuqa obyektində və İsfahanda nüvə araşdırma mərkəzində təftiş aparacağını bəyan etmişdir. Bundan əvvəlki yoxlamalar zamanı nüvə ekspertləri Natanzda zənginləşdirilmiş uranın əlamətlərinin aşkar edildiyini bildirmişdilər. İran bunun avandanlığın gətirildiyi ölkədən qaldığını demişdi.

XS
SM
MD
LG