Accessibility links

Məhəmməd Əl-Baradeyinin İrana səfəri gözlənilir - 2004-03-24


Beynəlxalq Atom Enerjisi Agentliyinin direktoru Məhəmməd Əl-Baradeyi gələn ayın əvvəllərində İran İslam Cumhuriyyətinə səfər edəcəyini bildirir. Bu gün Qahirədə prezident Hüsnü Mübarəklə görüşündən sonra Məhəmməd Əl Baradeyi deyib ki, İranın nüvə proqramları ilə bağlı narahatlıqların aradan qaldırılması üçün çox iş görülməlidir. O, səfərinin dəqiq tarixi barədə məlumat verməyib. Qeyd edək ki, İran hökuməti tərəfindən səfərləri gecikdirilən agentliyin silah müfəttişləri İrana şənbə günü qayıtmalıdırlar.

XS
SM
MD
LG