Dünya Bankı, beynəlxalq təşkilatlar və sosial təhlilçilər dünyada yoxsul ölkələrlə zəngin ölkələr arasında artmaqda olan ömür uzunluğu fərqinə görə narahatlıqlarını bildirirlər. Dünya Sağlamlıq Təşkilatının 2003-cü il hesabatında deyilir ki, əhalinin ömür uzunluğu hər bir ölkənin iqtisadi inkişafından asılıdır. Yaponiyada doğulan qız uşağının ömür uzunluğu 86 ildir. Lakin Siyera-Leonedə doğulan qız uşağının ömrü orta hesabla 36 ildir. Yaponiyada uşaqlar peyvəng, normal qidalanma, yaxşı məktəb şəraitinə malikdirlər. Lakin Afrikada uşaqlar 5 yaşına çatdıqda xoşbəxt hesab edilirlər. Afrikalı qızlar çox hallarda 5-6 uşaq anası olurlar. Çoxsaylı doğuşlardan xilas olanlar, pis qidalanma, infeksion xəstəliklərlə üzləşir və müalicə imkanından məhrum olurlar. Yaponiyda qızlar ali təhsil alır, bir və ya iki uşaq anası olur, ideal səhiyyə xidmətini malik olurlar. İnkişaf etmiş ölkələrdə orta ömür uzunluğu 80 ildirsə, Afrika ölkələrində bu 36-42 yaşlar arasındadır. Yüksək səhiyyə xidməti ömür uzunluğu fərqinin aradan qaldırılmasının əsas amili hesab edilir.