Accessibility links

Tayvan müxalifəti prezident seçkilərinə etiraz edir - 2004-03-21


Tayvanın Ali Məhkəməsi Şənbə günü keçirilmiş prezident seçkilərindəki səsvermə bülletenlərinin möhürlənməsinə əmr verib. Belə ki, müxalifət iqtidarda olan Çen Şuy Banın qalib gəldiyi seçkilərdə səslərin yenidən sayılmasını tələb edir. Muxalifətçi namizəd Lien Çan Bazar günü səsvermənin qeyri-düzgün aparılmasını iddia edərək məhkəməyə müraciət edib. O, bu addımı Tayvan Seçki Komissiyasının 300 mindən çox seçki bülleteninin eıtibarsız olduğunu elan etdikdən sonra atmışdır. Bu rəqəm Cənab Çenin əsasında qalib gəldiyi 30 min səsdən 10 dəfə çoxdur. Lienin tərəfdarları həmçinin Cümə günü Prezident Çenə qarşı baş vermiş sui-qəsd hadisəsinə şübhə ilə yanaşırlar.

XS
SM
MD
LG