Prezident Buş hadisə zamanı həlak olanların ailə üzvlərinə baş sağlığı vermək və hücumları qınadığını ifadə etmək üçün İspaniyanın baş naziri Xose Mariya Aznara zəng vurub. Fransa prezidenti Jak Şirak özü və xalqı adından İspaniyaya baş sağlığı məzmunlu məktub göndərib. Cənab Şirak İspaniya-Fransa sərhəddi boyu baskların yaşadığı yerlərdə təhlhükəsizlik tədbirlərinin gücləndirilməsi haqda göstəriş verib. Rusiya prezidenti Vladimir Putin partlayışları vəhşilik, Avropa Komissiyasının prezidenti Romano Prodi isə günahsız insanlara qarşı cinayət aktı adlandırıb.