Accessibility links

İraq şiələri ölkə konstitusiyasını müzakirə edir - 2004-03-06


İraqın Birləşmiş Ştatların təyin etdiyi idarəetmə şurasının şiə nümayəndələri şiələrin lideri ayatollah Əli əl-Sistanini oğlu ilə görüşüblər. Nəcəfdə keçən görüşdə ölkə konsitutisiyasının imzalanmasının təxirə salınmasına gətirib çıxarmış problemlər müzakirə olunub. Şuranın şiə nümayəndələri ayatollah Əli əl-Sistaninin cümə günü imzalanması gözlənilən konstitusiya layihəsinin iki maddəsinə tövsiyələrilə tanış olublar. Görüşdən sonra idarəetmə şurasının prezidenti Məhəmməd Bəhr əl-Ülum problemli məsələlərlə bağlı razılığın əldə olunduğunu və müvəqqi hökumətin konsititusiyasının bazar ertəsi günü imzalana biləcəyini bəyan edib.

XS
SM
MD
LG