Accessibility links

Iraq konstitusiyası bu gün də təsdiq edilməyəcək - 2004-02-28


Birləşmiş Ştatların başçılıq etdiyi koalisiyanın bildirdiyinə görə İraqın rəsmi nümayəndələri lkə konstitusiyasının təsdiqi üçün bu gün görüşə bilməyəcəklər. Dünən məsələ ilə əlaqədar danışıqlar şiə müsəlmanların İraqın qanuni sistemində islamın rolu ilə yaranmış qarşıdrmaya görə dayandırılmalı olmuşdu. Qeyd edək ki, şiə müsəlmanları təmsil edən komitə üzvləri islamın aparıcı rol oynamasını tələb edirlər. Lakin Birləşmiş Ştatların İraqdakı administratoru Pol Bremer qanunun əsasında dinin durmasını irəli sürən heç bir sənədi təsdiq etməyəcəyini bildirir.

XS
SM
MD
LG