Pakistan prezidenti Pərviz Müşərrəf Birləşmiş Ştatların dövlət katibi Kolin Pauelə bildirib ki, Pakistan nüvə texnologiyası ilə bağlı məlumatın xaricə sızmasının qarşısını alacaq. Pakistanın xarici işlər nazirliyinın bildirdiyinə görə general Müşərrəf ABŞ-ın dövlət katibinə bu sözləri dünən telefon söhbəti zamanı deyib. Nazirlik dövlət katibi ilə prezidentin Kolin Pauelin yaxın gələcəkdə Pakistana səfərini də müzakirə etdiklərini bəyan edib. Xatırladaq ki, keçən həftə prezident Müşərrəf İran, Liviya və Şimali Koreyaya nüvə sirlərini açdığını etiraf edən nüvə alimi Əbdül Qədir Xanı əfv etmişdi.