Accessibility links

Demokratlar Ayovada prezident seçkilərinin ilk ən mühüm tədbirinə hazırlaşır - 2004-01-18


Demokrat partiyasından prezidentliyiə namizədliyini irəli sürmüş şəxslər sabah 2004-cü il prezident seçki kampaniyasının ilk ən mühüm tədbirinə hazırlaşır. Rəy sorğuları göstərir ki, aparıcı namizədlər arasında fərq çox kiçikdir. Son sorğulara əsasən, Massaçusets ştatındaın senator con Kerri və Şumali Karolina ştatından senator Con Edvards son günlər seçicilərin daha çox dəstəyini qazanırlar. Senator Edvards ştatda kampaniyaya apararaq De Moyn şəhərinin mərkəzindəki qərargahına gəlmiş könüllülərə bu sözlərlə müriaciət etmişdir. “Siz və mən birlikdə, Amerikaya indi ona çox lazım olan dəyişiklik gətirəcəyik. Mən tək bunu edə bilmirəm, bunu ona görə biz bunu birlikdə edəcəyik və mən inanıram ki, Amerika xalqına sizə inanan bir prezident lazımdır. Mənim kampaniyama qoşulun, mənim bu işimdə mənə qoşulun, Amerikanı dəyişdirmək işində mənə qoşulun.” Ayova ştatında partiyanın siyasi fəallarının konfransından əvvəl Demokratların hazırda prezident seçki kampaniyası aparan 8 namizədi arasında Missuri ştatından konqresmen Riçard Qephardt və Vermont ştatının keçmiş quberntoru Hovard Din irəli gedərək ən yüksək reytinqə malik idilər. Onların hər ikisi Ayovada kampaniya aparıblar. Hovard Din ştatın cənubunda kollecdə çışıx edərək tərəfdarlarına belə müraciət etmişdir. “Ən böyük yalan odur ki, mənim kimi adamlar sizlərə deyirlər ki, mənə səs versəniz, mən sizin bütün problemlərinizi həll edəcəm. Həqiqətsə ondan ibarətdir ki, ölkədə hakimyyətin dəyişməsi bazar günü axşam saat 6:30-da iki saat ərzində sizin kimi adamların əlindədir.” Təhlilçilərin fikrincə, indi Ayovada özünə daha çox tərəfdar toplayan bilən namizədin prezident seçki kampaniyasında şansları artacaq. Hazırda rəy sorğularının senator Edvards və Kerrinin reytinqinin artmasını göstərməsinə baxmayaraq, müşahidəçilər deyirlər ki, Din və Qephardtın təşkilat kampaniyasının dəyərini azaltmaq olmaz. Onların fikrincə, Ayovada hər iki namizədin tərəfdarı çoxdur. Ayova partiya konfransı 2004-cü ildə prezident seçki kampaniyası dövrü Demokrat partiyasından rəsmi namizəd irəli sürülməsi uğrunda mübarizə qarşısında ilk ciddi sınaqdır. Respublikaçılar partiyasında isə prezident Buşa rəqib yoxdur, buna görə də onun partiyadan yenidən rəsmən namizəd irəli sürüləcəyi gözlənilir.

XS
SM
MD
LG