İraqın daxili işlər nazirliyi Livan rəsmilərindən Beyrutda tutulub saxlanılan üç biznesmenin azad edilməsini tələb edib. Bu biznesmenlərdən təxminən 20 milyon Birləşmiş Ştatlar dolları məbləğində yeni İraq dinarı tapıldığına görə tutulublar. Çərşənbə günü Livanın görkəmli ailələrinin üzvləri olan iki nəfər öz şəxsi təyyarələrində Bağdaddan gələrkən həbs ediliblər. Üçüncü şəxs isə onları qarşılayan olub. Livan hökuməti bütün pulları müsadirə edib. Livanın “Ən Nahar” qəzetinin dərc etdiyi İraqın daxili işlər nazirinin məktubunda deyilir ki, həmin pullar İraqın Daxili İşlər nazirliyini avadanlıqla təmin edən şirkətə məxsusdur.