Accessibility links

Con Kerri prezidentliyə namizəd 9 demokratdan biridir - 2004-01-17


Noyabr ayında prezident Buşun ikinci dəfə prezident seçilməyəcəyinə ümid edən 9 demokrat namizəddən biri Con Kerridir. 4 dəfə senator seçilmiş və Vyetnam müharibəsinin veteranı Kerri daxili və xarici siyasət sahəsində uzunmüddətli təcrübəyə malikdir. Prezidentliyə nazimədlər arasında çox populyar olan cənab Kerri Vermont ştatının keçmiş qubernatoru Hovard Dinə məğlub olduqdan sonra ictimai rəy sorğularında ön sıralardan çəkilmişdir. Xatırladaq ki, Din İraq müharibəsinin əleyhinə olduğu halda Con Kerri prezident Buşa İraqda müharibə səlahiyyəti verən qətnaməyə imza atanlar arasında olmuşdu. Müharibə qərarına bəraət qazandıran Con Kerri prezident Buşun müharibə ilə bağlı siyasətini kəksin tənqid edir. Səddam Hüseyn ələ keçirildikdən sonra cənab Kerri İraqda sabitliyin bərqərar edilməsi üçün plan təklif etmişdi. Bu plana İraq müharibəsinin əleyhinə olan Avropa ölkələri də daxil edilməklə, İraqdakı əməliyyatları dəstəkləyən geniş bir beynəlxaq koalisiya da daxil idi. Con Kerri demokrat partiyasından olan namizədlər arasında hərbi təcrübəyə malik olan nümayəndədir. Həyatının 19 ilini Senatın xarici əlaqələr komitəsi, 6 ilini isə kəşfiyyat komitəsindəki fəaliyyətinə həsr etmişdir. Con Kerri prezident seçilərsə, gələn on il ərzində Amerikanın Yaxın Şərqin neftindən asılığına son qoymaq niyyətindədir.

XS
SM
MD
LG