Kiprin türk sektorunda yeni koalisiya hökumətinin yaradılması istiqamətində son addımlar atılır. BMT-nin Kipr üzrə sülh planının tərəfdarları olan Cumhuriyyətçi türk partiyası və planın əleyhinə çıxan Demokrat partiyasının üzvlərindən təşkil olunacaq yeni hökumət regionun gələcəyini müəyyənləşdirməlidir.
Kiprin yunan hissəsi may ayında Avropa Birliyinə daxil olacaq. Yeni hökumət Kipr probleminin həll olunmasına nail ola biləcəkmi? Vaşinqtonda Yaxın Şərq insitutunda təhlilçi Söner Çaqaptay bu sullara cavab verir.