Accessibility links

Türkiyə liderləri Kipr problemilə bağlı planı müzakirə etdilər - 2004-01-08


Kipr məsələsinin müzakirəsi məqsədilə Türkiyə prezidenti Əhməd Nevdət Sezərin təşəbbüslə bu gün Ankarada keçirilmiş zirvə görüşündə ölkə başçıları bildirmişlər ki, problem adanın üzləşdiyi reallıqlar əsasında həll olunmalıdır. Zirvə görüşündə prezident Sezerlə yanaşı, baş nazir Rəcəb Tayyib Ərdoğan, xarici işlər naziri Abdulla Gül və hərbi qüvvələrin komandanı Hilmi Özkök iştirak etmişlər. Görüşün birinci hissəsində Türkiyənin xarici işlər nazirliyi Kipr probelminin həllilə bağlı planını təqdim etdi. Xarici işlər nazirliyinin planına əsasən, problem iyun ayına qədər həll olunmalıdır, ya da bu müddət ərzində Kipr türkləri münaqişənin nizamlanması istiqamətində mühüm addımlar atmalıdır. Sənəddə xüsusi vurğulanır ki, əgər Kipr tükrləri bu müddət ərzində ciddi səylər göstərsə və problemin həlilndə maraqlı olduğunu götərə bilsə, o zaman, Birləşmiş Ştatlar, Avropa Birliyi və bəlkə Yunanıstan özü Kirpin yunan icamasına təzyiq təsir göstərə bilərlər. Hökumət başçılarının bugünkü görüşü baş nazir Ərdoğanın Kirpin türk hissəsinin bütün siyasi liderlərilə keçirdiyi görüşdən əvvələ təsadüf edirdi. Kipr tükrlərinin siyasi partiya nümayəndələrinə açıq bildirildi ki, Kiprdə tez bir zamanda hökumətin yaradılması olduqca vacibdir. Xarici işlər nazirinin müavini Əli Talat görüşdən sonra jurnalistlərin sullarına cavb verərkən hökumətin yaranmasının bütün tərəflər üçün əhəmiyyət daşıdığını qeyd etdi. Bu ilin may ayında Kiprin yunana hissəsi Avropa Biriyinə daxil olmalıdır. Gələn aylar Türkiyə hökuməti Avropa Birliyinin rəsmilərilə quruma üzvlük məsələsini müzakirə etməlidir. Yunanıstanın Birliyinə üzv olduğu şəraitdə isə müşahidəçilərin fikrincə, prosesi bir qədər çətinləşdirə bilər. Mart ayında Avropa Birliyinin fövqəladə zirvə toplanıtısı keçirləcək. Aprel ayında Avropa Birliyi-Türkiyə Assosiasiya şurasının iclası olacaq, daha sonra iyun ayında isə Avropa Birliyi prezidentliyi və NATO-nun zirvə toplantıları keçirməlidir. Buna görə də əgər Kipr probleminin həllilə bağlı razılıq 2004-cü ilin birinci yarınsında əldə edilsə, o zaman Türkiyə bütün bu görüşlərə güclü mesajlarla gələ bilər. Ankaranın Kiprlə bağlı yekun mövqeyini bildirən sənəd yanvarın 23-ü hökumət nümayəndələrinin keçirəcəyi görüşdə açıqlanacaq. Baş nazir Ərdoğanın bu gün Kipr türklərinin siyasi partiya liderlərilə görüşündən sonra BMT-nin baş katibi Kofi Annana yazılı, ya da şifahi şəkildə tez bir zamanda danışqlara başlamaq çağırışının edilməsinin vacibliyi çatdırılacaq. Bundan sonra Kipr türklərinin liderlərinə Ankaranın problemin həllilə bağlı planının əsas müddəaları haqda məlumat veriləcək.

XS
SM
MD
LG