Taleban komandiri çərşənbə axşamı Qəndəharda baş verən bomba partlayışında 15 mülki vətəndaşın həlak olmasına görə üzr istəyərək bildirib ki, bu hücumun hədəfi Birləşmiş Ştatların hərbi bazası olmalı idi. Hücum Qəndəharın izdihalmı bir küçəsində baş vermişdir. Əfqanıstanın rəsmiləri deyirlər ki, həlak olanların çoxu məktəbdən evlərinə qayıdan şagirdlər olub. Reyter xəbərlər agentliyi Molla Sabir Möminə istinadən bildirib ki, bu hücum mücahidlərin səhvi nəticəsində baş verib. Dünən Helmand vilayətində həyata keçirilən bir hücumun nəticəsində də 12 nəfər həlak olub. Yerli rəsmilər deyirlər ki, hücumun kimin tərəfindən həyata keçirdiyi bilinmir.