Partiyadan prezident seçkilərində namizədliyinin irəli sürülməsi uğrunda mübarizə aparan demokratlardan fərqli olaraq, prezident Buşun mənsub olduğu Respublikaçılar partiyasından ona rəqib çıxacaq güclü namizəd yoxdur. Demokratlar Ayovada debat keçirib Nyu Hempşirdə kampaniyalarını apardığı zaman prezident Buş sadəcə öz ilərini davam etdirir və ictimaiyyətə gördüyü işlərin bəhrə gətirdiyini göstərməyə çalışır. Dünən Missuri ştatına səfər edən prezident məhz bu işi gördür. Sent Luis şəhərinin ən yaxşı ictimia məktəblərindən birində olan prezident Buş məktəblilərlə danışıb gülür, şəkil çəkdirir, müəllimlər və valideynlərin təşəkkürlərini qəbul edirdi. Prezident əsas diqqətin təhsil sitemində islahatlar məsələsinə verilməli olduğunu dedi. “Hər bir uşağın oxumağı öyrənib təhsil aldığına nail olamq bu ölkədə bizim nömrəli vəzifəmizdir. Bu işi düz görməyimiz olduqca böyük əhəmiyyətə malikdir.” İki il bundan əvvəl cənab Buş təhsil islahatları proqramı ilə bağlı qanun layihəsinə imza atdı. Layihə “Heç bir uşaq kənarda qalmamalıdır” adlanır. Onun əsas məqsədi məktəblər, müəllimlər və şagirdlər üçün ciddi standarların qoyulmasından ibarətdir. Opponentlər proqram layihəsində testlərə olduqca böyük yer verildiyini deyir və prezidentin onu tam maliyyələşdirmək üçün Konqresdən kifayət qədər vəsait istəməməsindən şikayət edirlər. Prezident Buş əsas məsələnin bundan ibarət olduğunu qəbul etmir. O deyir ki, əgər ictimiayyət, müəllimlər, və valideynlər hamılıqla təhsil işinə qoşulsa, hətta ən az gəlirli ailələrdə də uşaqlar cavadlı ola bilərlər. Prezident Buş Sent Luisdə bir ibtidai məktəbi misal gətirdi. “Bu məktəb stereotipləri kənara ata bildi. Məktəb sübut etdi ki, Amerikanın mərkəzdən uzaq bu yerində gördüyümüz bu əla nəticələri biz təkcə burda deyil, ölkəmizdə bütün məktəblərində görə bilərik.” Eyni mesajla prezident Buş keçən həftə Tennesi ştatının bir məktəbində çıxaış etdi. Tennessidə də, Missuridə olduğu kimi, təhsil məsələlərilə yanaşı, kampaniyası üçün maliyyə vəsaiti toplamaqla da məşğul oldu. Təkcə Sent Luis şəhərində bir axşam Corc Buş 2,8 milyon dollar məbləğində vəsait toplaya bildi. “Burada bu qədər adamı görmək mənə böyük mənəvi dəstək verir. Məndə çox böyük əminlik yaranır ki, biz qələbə yolundayıq.” Corc Buş kampaniyası üçün Demokrat partiyasından Ağ Ev uğrunda mübarizəyə qoşulmuş hər bir namizəddən qat-qat artıq vəsait toplaya bilib. Respublikaçılar partiyasından rəqibi olmadığı üçün prezident Buş bu vəsaitin əsas hissəsini saxlayıb ondan Demokrat partiyasından rəsmən seçkilərdə namizəd irəli sürüldükdən sonra istifadə edə bilər.