Accessibility links

AMERİKAYA SƏFƏR EDƏNLƏR ÜÇÜN YENİ QAYDALAR - 2004-01-05


Sərhəd təhlükəsizliyi ilə bağlı yeni tədbirlər Amerikanın 115 hava limanında və kruiz gəmilərinin daxil olduğu 14 dəniz limanında tədbiq edilib. Birləşmiş Ştatların daxili təhlükəsizlik naziri Tom Ridge bildirir ki, bu proses cox vaxt aparmamalı və prosedur cəmi 15 saniyə çəkməlidir.

Tom Ridgin sözlərinə görə bu sərhədləri qonaqlar üçün açıq, lakin terrorçular üçün bağlı edəcək geniş bir proqramın tərkib hissəsidir.

Bu gündən etibarən sərhədçilər Amerikaya viza ilə gəlmiş qonaqların kompyüter vasitəsilə mürrəkəb istifadə edilmədən barmaq izlərini götürəcək və fotoşəkillərini çəkəcəklər. Daha sonra bu informasiya vizanı vermiş Birləşmiş Ştatların xarici ölkələrdəki konsulluqlarının məlumat bazası ilə tutuşdurulacaq. Yeni qayda əsasən Avropadan olan 28 ölkə vətəndaşlarına şamil edilməyəcək. Belə ki, həmin ölkələrin vətəndaşlarından Birləşmiş Ştatlara gəlmək üçün viza tələb olunmur. Öz növbəsində tənqidçilər qeyd edirlər ki, əgər potensial terrorçunun heç vaxt fotoşəkli çəkilməyib, barmaq izləri götürülməyibsə- proqram səmərəsiz ola bilər.

XS
SM
MD
LG