Accessibility links

Bağdadda bir neçə raket hücumu həyata keçirilib - 2003-12-25


Milad bayramı ərəfəsində Bağdadda yaraqlılar şəhərin mərkəzindəki bir-neçə hədəfi raket atəşinə tutublar. ABŞ rəsmilərinə əsasən bu hücumların Amerikanın başçılıq etdiyi administrasiyasının yerləşdiyi “yaşıl zona”ya təsiri olub. Türkiyə və İran səfirliklərinə atılan raketlər isə cüzi dağıntıya səbəb olub. Almaniya səfirliyinə tuşlanan raket isə hədəfinə dəyməyib. Əsasən qərblilərin qaldıqları 19 mərtəbəli Sheraton oteli iki gün ərzində ikinci dəfə hücuma məruz qalıb.

XS
SM
MD
LG