İraqda üçüncü ən iri etnik qrupu təşkil edən İraq Türkmənləri həm yerli idarələrdə həm də İraqın Müvəqqəti İdarə Şurasında lazımı şəkildə təmsil edilmədiklərinə görə narahatdırlar. İraq Türkmənlərinin ən iri təşkilatı olan İraq Türkmən Cəphəsinin Vaşingtodakı Nümayəndəsi Orhan Kətənə deyir ki, İraqda Kürdlər və Şiələrə üstünlük verilmiş digər qrupların hüquqları taptalanmışdır. O, deyir ki, İraq Türkmən Cəbhəsi İraq Türkmənlərinin ən iri təşkilatıdır və onun İraqın hər tərəfində 120-dən çox nümayəndəliyi var, buna baxmayaraq İraqın idarəsində həmin təşkilata yer verilməmişdir. Bu isə İraq Türkmənlərini narahat edir. O söyləyir ki, hətda Sünni Ərəblər də İraqın idarəsində lazımı şəkildə təmsil olunmurlar. O bunu belə izah edir ki, Birləşmiş Ştatlar İraqda əsas olaraq ən güclü qruplarla əməkdaşlıq aparmış digər qruplara lazımı şəkildə əhəmmiyyət verməmişdir.
Cənab Kətənə söyləyir ki, güclü qruplar misal üçün Şiələr Sünnilərə imkan verilməsini istəmirlər. Kürdlər isə Şimalda eyni siyasəti Türkmənlərə qarşı həyata keçirirlər. O qeyd edir ki, ceografi olaraq Kürdlər Türkmənləri özlərinə rəqib olaraq nəzərdə tuturlar. Türkmənlər əsas olaraq Kürdlərlə Ərəblər arasında sıxıştırılmışlar. Türkmənlərin yaşadıqları bölgə strateji əhəmmiyyətə malikdir və həmin bölgədə neft yataqları yerləşir. Cənab Kətənə qeyd edir ki, buna görə də Türkmənlərin səslərinin eşidilməsi Kürdlər üçün əlverişli dəyil. Amerikanın siyasəti Kürdlərə üstünlük vermiş Türkmənlər isə kənarlaşdırılmışlar. O deyir ki, Amerika hərbiçiləri İraqa daxil olduğu vaxt Türkmənlər kimi zəif olan qruplar öz hüquqlarının müdafiyə olunacağına inanırdılar. Buna görə də Amerikanın regiondakı mövcudiyyətinə ən çox sevinən qrup Türkmənlər idi.
İraq Türkmən Cəbhəsinin Vaşington Nümayəndəsi Orhan Kətənə bildirir ki, Amerika hüquqlar, ədalər və azadlıq uğrunda yaranmış və bu ideyaları müdafiyə edən bir ölkə olmuşdur və onun bəzi Avropa ölkələri kimi imperialist əməlləri yoxdur. Buna görə də İraqda əzilən qruplar Amerikanın gəlişini məmnunluq hissiylə qarşılayıblar. Onlar inanırdılar ki, Amerika onların hüquqlarının başqa qruplar tərəfindən taptalanmasına icazə verməyəcək ancaq vəziyyət belə olmamışdır. Amerika bunun əvəzinə Kürdləri dəsdəkləmişdir. Cənab Kətənə qeyd edir ki, Kürdlər İraqın işqalından bəri əsas olaraq Türkmənlərlə məskun olan Kərkük və Kərkükün Cənubunda dövlət idarələrini ələ keçirməyə çalışmış bu məqsədlə başqa yerlərdən gətirilən minlərlə Kürdü həmin idarələrə yerləşdirmiş, Türkmənləri isə bu idarələrdən kənarlaşdırmışlar.
Orhan Kətənə bunu da qeyd edir ki, Türkmənlərlərin yaşadıqları Kərkük kimi şəhərlərin idarəsinə İraq Türkmən Cəbhəsi daxil edilməmiş bunun əvəzinə Kürdllərin təşkil ettikləri gondarma Türkmən təşkilatlarının nümayəndələri idarəyə qəbul olunmuşdur. İraq Türkmənlərinin ən iri təşkilatı İraq Türkmən Cəbhəsi İraqın Müvəqqəti İdarə Şurasında da təmsil edilməmiş bunun əvəzinə heç bir Türkmən təşkilatına mənsub olmayan bir şəxs Türkəmənlərin adından bu Şuranın üzvü təyin edilmişdir. Cənab Kətənə qeyd etmişdir ki, Türkiyə İraq Türkmən Cəbhəsini İraqlı Türkmənlərin hüquqlarını təmsil edən təşkilat olaraq tanıyır və onların İraqın idarəsində təmsil olunmaları üçün müəyyən təşəbbüslər göstərmişdir. Ancaq indiyə qədər ABŞ bu təşkilatı İraqın idarəsindən uzaqda tutmuşdur.