Birləşmiş Ştatların Müdafiə Naziri Doland Rumsfeld İraqda mühüm dəyişikliklərin baş verdiyini və İraqın təhlükəsizliyini iraqlılar tərəfindən təmin edildiyini gördüyünü bildirir. Müdafiə Naziri Donald Rumsfedld deyir ki, təxminən altı ay ərzində 140 min iraqlı vətəninin təhlükəsizliyini təmin etmək üçün təlimdən keçib. Bu, Birləşmiş Ştatların İraqdakı hərbi qüvvələrinin sayından çoxdur. Cənab Rumsfeld Bağdadda İraqın mülki müdafiə korpusu zabitlərinin təliminə diqqət yetirdikdən sonra müxbirlərə deyib ki, İraqda əsas döyüşlərin sona çatmasından sonra çox mühüm dəyişikliklər baş verib. O deyib: ”İraqlıların rolu mühüm dərəcədə dəyişib. Onların sayı hər ay daha da artır. Bu, məsələnin həlli deməkdir”. Neft ilə zəngin olan Kərkük şəhərində təhlükəsizlik ölkənin başqa məntəqələrindən daha yaxşı təmin edilib. Cənab Rumsfeld Kərkükdə İraqın idarəediçi şurasının rəsmiləri ilə görüşüb. Onlar cənab Rumsfeldə deyiblər ki, polislər təlim aldıqdan sonra, cinayətlərin sayı təxminən 90 faiz azalıb. Təhlükəsizlik problemləri də yaxşılaşır. Koalisiya Kərkukdakı hərbi qüvvələrinin sayını azaldır. Kərkukun valisi 52 yaşlı Əbd Əl-Rahman Mustafa Amerikanın səsinə deyib ki, təhlükəsizlik artıq təminat altına alınıb və bu sahədə müvəffəqiyyətlər əldə edilir. Kərkük və Baqdadın səhra komandirləri cənab Rumsfeldə deyiblər ki, bu son həftələrdə koalisiya qüvvələrinə qarşı olan hücumnların sayı azalıb. General mayor Raymond Odierno deyib ki, hətta sünni üç bucağı məntəqlərində belə, hücumların sayı üçdə iki dəfə azalıb. Koalisiya qüvvələrinə üsyançıların hücumlarının qarşısını almaq üçün kəşfiyyat məlumatları da yardım edir. Cənab Rumsfeld İraqda nikbin sözlər eşidib. Bu, cənab Rumsfeldin keçən may ayından bəri İraqa etdiyi üçüncü səfəridir.