Accessibility links

Hökumətin iddiası neçə davam etdiriləcək? - 2003-12-03


Birləşmiş Ştatların Riçmond şəhərindəki federal apelyasiya məhkəməsində bu gün Əl-Qaidə üzvü Zəkəriyyə Musəviyə qarşı hökumətin iddiasının necə davam etdirilməsi ilə bağlı dinləmələr keçirilir. Fransa vətəndaşı Musavi sentyabrın 11-i terror aksiyaları ilə əlaqədar rəsmən ittiham edilən yeganə şəxsdir. Ona qarşı terrorçuluq conspirasiyası da daxil edilməklə, 6 maddə üzrə ittiham irəli sürülüb. Oktyabr ayında Amerikanın rayon məhkəməsi Musavinin Birləşmiş Ştatlarda nəzarət altında olan 3 terrorçu lideri ifadə verməyə məcbur etmə haqqı olduğunu elan etmişdi. Hökumət isə milli təhlükəszlik baxımından məhkəmənin hökmünü yerinə yetirməkdən imtina etmişdi. Bu, Musaviyə ölüm hökmü verilməsini istəyən prokurorların tələbinin hakim tərəfindən rədd edilməsinə yol açmışdı.

XS
SM
MD
LG