Accessibility links

Amerika viza qanunlarına əlavələr edir - 2003-12-03


Gələn aydan etibarən Amerikaya Birləşmiş Ştatlar vizası ilə daxil olan hər bir kəsin şəkli çəkilib, barmaq izləri götürüləcək. Bu, daxili təhlükəsizlik proqramı çərçivəsində hər il qanuni olaraq Amerikaya gələn yarım milyard xaricinin nəzarət altında olmasına xidmət edəcək. Əgər Amerikaya hava və ya dəniz yolu ilə səfər etməyi planlaşdırırsınızsa, şəkil çəkdirməyə və barmaq izlərinizin götürüləcəyinə hazır olmalısınız. Bill Strasberger Yaxın Şərqin 25 ölkəsindən gələn xaricilərin nəzarətinin təmin edilməsi məqsədi ilə proqramı genişlədən Birləşmiş Ştatlar daxili təhlükəsizlik nazirliyinin nümayəndəsidir. O deyir: ”Bu, əhatəli giriş və çıxış sistemidir. Beləliklə, biz buraya səfər edənin səfərinin məqsədini bilmiş olacağıq. Son zamanlar burada qalanlarla problemlər olmuşdur. Bunun dünyanın digər ölkələrində mövcud olan sistemlə bir o qəddər də fərqi yoxdur. Bu, xaricilərin monitorinqi üçün çox sərt və mübahisəli bir sistemdir. Xüsusilə Əl Qaidə və digər terrorist təşkilatların fəal olduğu yerlərdə. Bu, hələ 1996-ci ildə konqresin mandatı ilə tərtib etdiyimiz əhatəli giriş-çıxış sisteminin inkişafında ilkin mərhələ hesab edilir. Buraya gələn hər bir şəxsin sağ və sol əllərinin barmaq izləri götürüləcək, digital foto şəkillləri çəkiləcək.” Xatırladaq ki, 2001-ci il sentyabrın 11-i təyyarə qaçıranlardan üçünün vizasının vaxtı keçmişdi. Bu geniş proqram əsasında əsasən Yaxın Şərq ölkələrindən olan kişilərə nəzarət edilir. Onların ölkədə qaldıqları müddət ərzində qeydiyyatdan keçmələri tələb olunur. Sentyabr ayına qədər 200 min adam qeydiyyatdan keçmişdir. Viza müdddətləri başa çatan yüzlərlə adam ölkədən xaric edilmişdır.

XS
SM
MD
LG