Accessibility links

Ürək xəstəliklərinə yol açan gen aşkar edilib - 2003-12-02


Amerika alimləri ürək xəstəliklərinə səbəb olan ilk geni aşkar etmişlər. Alimlər uzunmüddətli ürək və ürək-damar xəstəlikləri tarixinə malik olan bir neçə ailə üzərində tədqiqat aparmışlar. Noyabrın 28-də çıxan “Elm” jurnalındakı məqalədə yazılır ki, Ayova ştatından olan bir ailənin 21 üzvü üzərində aparılan araşdırmadan belə bir nəticəyə gəlinmişlər ki, ürək xəstəlikləri geni insan hüveyrəsinin mokroskopik tellərinin bir hissəsini təşkil edir və spesifik fiziki xüsusiyyətə malikdir.Alimlər ailə üzvlərində dəfələrlə aşkar etdikləri bu genin normal gen prosesinəə mane olduğunu müəyyən etmişlər. Mutasiyanın müxtəlif kombinasiyalarına yol açan gen damarların daxili divarlarında qan dövranının normal fəaliyyətinə mane olan maddələrin toplanmasına səbəb olur. Genin müəyyən edilməsi alimlərə dünyanın ən öldürücü xəstəliklərindən olan ürək-damar xəstəliklərinin müalicəsinə yardım edəcək.Klivlənd xəstəxanasının bildirdiyinə görə gələcək araşdırmalar genin aşkar edilməmiş hissələrinin müəyyən edilməsinə yönələcək. Həkimlər həyat tərzinin xəstəliklə mübarizədə hələ də mühüm amil olduğunu deyir. Xəstəliyə genetik baxımdan hazır olan insanlar normal çəki və sağlam pəhrizlə ürək xəstəliklərinə mane ola bilərlər.

XS
SM
MD
LG