Accessibility links

İraqda pusquda iki Yaponiya diplomatı qətlə yetirilib - 2003-11-30


Birləşmiş Ştatların İraqdakı rəsmiləri pusqu nəticəsində iki əsgərin həlak olduğunu, bir əsgərin yaralandığını bildirirlər. Birləşmiş Ştatlar hərbi qüvvələrinin nümayəndəsi deyir ki, əsgərlər Suriyanın sərhəd məntəqəsi yaxınlığında Nusaybah şəhərinin ətrafında pusquya salınmışlar. Əsgərlər maşın karvanında gedərkən avtomat və qumbara atəşinə məruz qalmışlar. Dünən İspaniyanın Kəşfiyyat Xidmətinin əsgərlərinin olduğu maşın karvanı Baqdadın 30 kilometrliyində atəşə tutulmuş, haidsə nəticəsində 7 nəfər həlak olmuşdur. Bundan az sonra yaraqlılar Tikrit şəhərinin yaxınlığında Yaponiyanın iki diplomatını pusquya salıb qətlə yetirmişlər. Yaponiyanın baş naziri Koizumi və İspaniyanın baş naziri Hoze Maria Aznar öz vətəndaşlarının həlak olmasına baxmayaraq, İraqda fəaliyyətlərini davam etdirəcəklərinə söz veriblər. İraqdakı Amerika hərbi qüvvələrinin komandiri general leteynant Richard Sançez müxbirlərə deyib ki, son iki həftə ərzində Amerika əsgərlərinə edinlən gündəlik hücumların sayı azalıb. Noyabr ayında İraqda azı 77 Amerika əsgəri həlak olub.

XS
SM
MD
LG