Pakistan prezidenti Pərviz Müşərrəf bu həftə İslamabad və Hindistan arasında sülh istiqamətində atılmış ilk addımların Kəşmir münaqişəsi də daxil olmaqla, bir sıra mühüm məsələlərdə hərtərəfli dialoqa gətirib çıxarmalı olduğunu bildirib. Pakistan prezindetinin bu açıqlamaları bu həftə tərəflərin mübahisəli Kəşmir regionunun sərhəddi boyu atəşkəsin elan edilməsilə əlaqədardır. General Müşərrəf bu açıqlamaları Birləşmiş Ştatların senatorları Hilari Rodham Klinton və Cek Ridlə görüşündə etmişdir. Demokrat senatorlar Pakistanın terrorizmə qarşı qlobal müharibədə rolunu yüksək qiymətləndirdiklərini bildirmişlər.