Accessibility links

Zan günahkar olduğunu etiraf etdi - 2003-11-27


Çinli insan hüquqları müdafiəçisi Gao Zan Amerikanın həssas kompyuter texnologiyasını Çinə satdığını etiraf edib. Dünən federal məhkəmədə Zan vergi saxtakarlığı və 80 mikroprosessorun Amerikanın icazəsi olmadan Çinə satdığında günahkar olduğunu boynuna alıb. Qeyd edək ki, bu komponentlər hərbi təyyarələrdə hədəflərin müəyyən edilməsində istifadə edilə bilər. Prokurorların bildirdiyinə görə Gao Zan bu satışdan 549 min dollar əldə etmişdi. 10 ilədək azadlıqdan məhrum edilə bilən xanım Zana beynəxlaq diqqətlər 2001-ci ildə Çinin onu Tayvanın xeyirinə casusluqda ittiham etməsi ilə cəlb edilmişdi. O, beş ay Çində saxlandıqdan sonra Amerikanın təzyiqləri altında azadlığa buraxılmış və Vaşinqtona qayıtmışdı.

XS
SM
MD
LG