Britaniya Türkiyədə daha artıq trror hücumlarının mümkün olduğu haqda məlumata malik olduğunu bəyan edib. Xarici işlər nazirliyi Türkiyəyə səfərlərlə bağlı xəbərdarlığı gücləndirib və Britaniya vətəndaşlarının İstanbul və digər şəhərlərə səfərləri təxirə salmasını tövsiyə edib. Bu xəbərdarlıq Türkiyə məhkəməsinin keçən həftə İstanbulda 30 adamın ölümülə nəticələnən terror hücumları ilə əlaqədar doqquz nəfərə qarşı ittiham irəli sürməsi ilə eyni vaxta təsadüf edir.