Accessibility links

Prezident Buş İngiltərədədir - 2003-11-19


3 günlük rəsmi səfərlə Londonda olan prezident Buş İraq siyasətini müdafiə edərək, dünyada demokratiyanın təşviqinə çağırmışdır. Birləşmiş Ştatların başçılığı ilə İraq müharibəsini prezident diplomatiya və digər səylərin nəticəsiz qaldığına görə əl atılan son cəhd kimi qiymətləndirmişdir. Britaniyanın baş naziri Toni Bleyer prezident Buşun İngiltərə səfərini alrışlayaraq, dünyanın təhlükəszliyi üçün Amerika-ingilis alyansının vacibliyini qeyd etmişdir. Parlament qarşısında həftəlik müraciəti zamanı baş nazir Bleyer Britaniyanın Amerikaya həddindən artıq güzəştə getdiyini, lakin bunun müqabilində heç nə almadığı ilə bağlı tənqidlərə toxunmuşdu.“Mən əminəm ki, bu ölkənin marağını güdən hər kəs Amerika Birləşmiş Ştatları ilə möhkəm müttəfiqliyin dünya sülhü və təhlükəsizliyi, habelə bu iki ölkənin gələcəyinə xidmət etdiyini başa düşür-deyə o bildirmişdir. Baş nazir Bleyer Birləşmiş Ştatların başçılığı ilə İraqda yenidərqurma cəhdlərini tənqid edənləri də cavabsız qoymamışdır. O demişdir ki, indi biz müttəfiqlərimiz və düşmənlərimizi seçməyə, biri ilə birliyə, digəri ilə mübarizəyə başlamışıq. Baş nazir Bleyer prezident Buşla polad tarifləri və terrorçuluq ittihamı ilə Quantanamo hərbi bazasında saxlanılan 9 Britaniya vətəndaşı ilə bağlı müzakirələrdə tərəqqi əldə edəcəklərindən əmin olduğunu bildirmişdir. Terrorizmlə mübarizə və İraqdakı müharibəyə dəstək verdiyinə görə Britaniyanın baş naziri Toni Bleyerə razılığını bildrən prezident Buş dünyada sülh və təhlükəsizliyin beynəlxalq əməkdaşlıq, demokratiyanın inkişafı və ən nəhayət, müharibə kimi üç dirəyə söykəndiyini demişdir. Londonda isə artıq müharibə əleyhdarlarının etiraz mitinqləri başlayıb.

XS
SM
MD
LG