Accessibility links

İraqda yarı-hərbi birləşmələr təşkil ediləcək - 2003-11-05


İraqın İdarəedici Şurasının prezidenti bildirib ki, şura və ABŞ rəsmiləri təhlükəsizliyin gücləndirilməsi məqsədi ilə İraqda yarı-hərbi birləşmələrin təşkili məsələsində razığın əldə olunmasına yaxındırlar. Cəlal Talabani bu gün bildirib ki, bu qüvvələrə geniş polis və hərbi səlahiyyətlər verilməsi nəzərdə tutulur. Həmin qüvvələrə kəşfiyyat məlumatlarının toplanması və reydlərin həyata keçirilməsi səlahiyyətləri də veriləcək. Koalisiya qüvvələrinin yüksək rütbəli üzvü “Vaşinqton Post” qəzetinə deyib ki, Birləşmiş Ştatların İraqdakı müvvəqəti idarəsinin başçısı Pol Bremer yeni qüvvələrin yaradılmasına bir sıra şərtlər irəli sürməklə razılıq verib.

XS
SM
MD
LG