İtaliyanın xarici işlər naziri Franko Frattini bildirib ki, avropalıların 59 faizinin İsraili dünyada sülhə ən böyük hədə hesab etdiyini göstərən rəy sorğusuna baxmayaraq, Avropa Birliyi məsələyə münasibətini dəyişməyəcək. Hazırda birliyin prezidenti vəzifəsini icra edən xarici işlər naziri sorğunun belə nəticə verməsinə təhrikçi sualların səbəb olduğunu deyib. Cənab Frattini deyib ki, Avropa Birliyi məsələyə münasibətini dəfələrlə nümayiş etdirib. Xatırladaq ki, keçən ay Avropa Komissiyasının keçirdiyi sorğuda 7 500 respondent iştirak etmişdi.