Accessibility links

Kimya üzrə Nobel mükafatı lauretlarının adları açıqlandı - 2003-10-08


Bu gün İsveçdə kimya və iqtisadiyyat sahələrində Nobel mükafatlarının qaliblərinin adları açıqlandı. Nyu-York universitetindən mütəxəssis Robert İnql və Kaliforniya ştatının San Dieqo şəhərinin universitetində çalışan britaniyalı alim Kliv Qranqer bu il iqtisadiyyat üzrə Nobel mükafatı almışlar. Bundan əvvəl, İsveç akademiyası kimya üzrə Nobel mükafatlarının amerikalı alimlər Piter Aqr və Roderik MakKinnona verildiyini bildirdi. Kimyaçı alimlər böyrək, ürək, əzələlər və əsəb sistemi xəstəliklərinin tədqiqi üçün olduqca böyük əhəmiyyətə malik duz və duz molekullarının insan orqanizminin hüceyrələrinə daxil olub-çıxması sahəsində tədqiqatlarına görə bu yüksək mükafata layiq görülmüşlər.

XS
SM
MD
LG