Accessibility links

İraqın keçmiş müdafiə naziri ABŞ hərbi qüvvələrinə təslim oldu - 2003-09-19


İraqın keçmiş müdafiə naziri Sultan Haşim Əhməd cümə günü ölkənin şimalında Mosul şəhərində Birləşmiş Ştatların hərbi qüvvələriin rəsmilərinə təslim olub. Danışıqlarda vasitəçinin bildirdyinə görə, hərbi qüvvələrin rəsmiləri keçmiş general Sultan Haşim Əhmədlə xüsusi davranılacağına söz vermişlər. Sultan Haşim Əhmədin təslim olması onun nümayəndəsi və Birləşmiş Ştatların İraqın şimalındakı hərbi komandanlığı arasında həftələrdir gedən danışıqlardan sonraya təsadüf edir. Generalın nümayəndəsi Davud Bağistani mətbuat konfransında bildirdi ki, Sultan Haşim Əhməd təslim olub Bağdada aparılmışdır. Kürd insan hüquqları müdafiəçisi olan cənab Bağistani amerikalıların cənab Əhmədlə hörmətlə davranılacağına və onun hər hansı bir cinayətə görə cəzalandırılmayacağına söz verdiyini demişdir. Sutan Haşim Əhməd 1990-cı ildə Küveytə müdaxilə və Körfəz müharibəsi zamanı İraqın müdafiə naziri olmuşdur. Bununla belə, onun hərbi qərarların çıxarılmasında əsas rol oynadığına inanılır. Generalın adı İraqda axtarışda olan 55 şəxsdən ibarət siyahıya salınmışdı. Bu arada, Birləşmiş Ştatların hərbi komandanlığı Səddam Hüseynin doğma şəhəri olan Tikritdə Amerika qüvvələrinin 40 iraqlı yaraqlını saxladığını bildirir.

XS
SM
MD
LG