Hindistan və İsrail beynəlxalq terorizimlə birgə mübarizə edəcəklərinə söz veriblər. Hindistan səfərini bu gün başa vuran İsrailin baş naziri Ariyel Şaron biznes liderlərilə görüşündə qeyd edib ki, terrorizm azadlıq və demokratiyanın düşmənidir və iki ölkə bu bəlaya qarşı mübarizə aparacaqlar. Yaxın Şərq böhranına toxunan Ariyel Şaron qeyd edib ki, düşmənçiliyə son qoyulmayana qədər sülh prosesi irələyə bilməz. Baş nazir Şaronun səfəri iki ölkə arasında münasibətlərin yaxşılaşmasına təkan vermişdir.