Fələstin Muxtar İdarəsinin Baş Naziri Mahmud Abbas qanunvericilərin onun kabuinetinə tam səlahiyyət vermədikləri təqdirdə vəzifəsindən istefa verəcəyini bildirib. Mə’lumat naziri Nəbil Əmr deyib ki, cənab Abbas bu bəyanatla sabah qanunveriçilərin qarşısında çıxış edəcək. Cənab Abbas ilə prezident Yasir Ərafat arasında təhlükəsizlik qüvvələrinə kimin başçılıq etməsi məsələsində münaqişələr var. Cənab Abbasın islahat proqramında təhlükəsizlik və yaraqlıların tərksilah məsələləri mühüm yer tutur. Birləşmiş Ştatların dəstəklədiyi “Yol xəritəsi” sülh planında da yaraqlıların tərksilah edilməsi nəzərdə tutulub. Bu gün prezident Ərafat İsrailin hərbi təcavüzkarlığına görə sülh planını “ölü” adalndırıb.