Accessibility links

Iraqda hücum zamanı bir Amerika əsgəri həlak olub - 2003-08-26


Birləşmiş Ştatların hərbi qüvvələrinin rəsmiləri Bağdaddan şimalda Hamariya şəhərində hücum zamanı bir Amerika əsgərinin həlak olduğunu, iki əsgərin yaralandığını bildirirlər. Son insident Birləşmiş Ştatların hərbi qüvvələrinin cinayətkar qrupun üzvü olmaqda şübhələnilən 24 adamın həbsilə nəticələnən reydindən sonraya təsadüf edir. Koalisiya qüvvələrinin rəsmilərinin bildirdiyinə görə, partlayış hərbi maşın karvanı əldə düzəldilmiş partlayıcılara dəyərkən baş vermişdir. Bir əsgər həlak olmuşdur. May ayında İraqda əsas hərbi əməliyyatların başa çatması elan edildikdən sonra bu kimi hücumlarda artıq 62 Amerika əsgəri həlak olmuşdur. Hərbi qüvvələrin nümayəndələri bununla yanaşı, Bağdaddan 100 kilometr şimalda yerləşən Xalis şəhərində evlərə reydlərin təşkil olunduğunu bəyan ediblər. Əməliyyatlar son cinayətlərin arxasında duran yerli qrupun məvh edilməsi məqsədilə aparılır. Cinayətkar qrupun lideri Lətif Hamda əl-Kubeyşat müxtəlif müddətlərdə həbs cəzası çəkmişdir və keçən ilin oktyabr ayında Səddam Hüseynin ümumi əvf fərmanınıa əsasən azadlığa buraxılmışdır. Hərbi qüvvələrin reydləri dünən koalisiya qüvvələrinin baş qərargahı qarşısında koalisiya İraqda nəzarəti ələ keçirdiyi vaxtdan ölkədə təhlükəsizliyin bərqərar olmamasına e’tiraz edən bir neçə yüz adamın nümayişindən sonraya təsadüf edir. İraq lideriləri hər ay cinayətlər, şəxsi ədavət və təsadüfi atışmalar nəticəsində yüzlərlə adamın öldüyünü deyirlər.

XS
SM
MD
LG