Accessibility links

Səfir Kozlariç: Seçkilərin Demokratik Keçirilməsi həlledici olacaq - 2003-08-22


Birləşmiş Ştatların Azərbaycandakı keçmiş Səfiri Riçırd Kozlariç deyib ki, Azərbaycanda əsas qanunla əlaqədar dəyişiklikləri yaxından təqib edə bilmədiyinə görə İlham Əliyevin Baş Nazir təyin edilməsinin qanuni olub olmaması barədə şərh verə bilməz. O, bunu da qeyd deyib ki, atasının Prezident olması bir şəxsin hansısa bir vəzifəyə gətirilməsinə və ya seçilməsinə maniyə törədməməlidir. O qeyd edib ki, ABŞ-da daxil başqa ölkələrdə də atası siyasi xadim olan adamlar vəzifəyə gələ bilirlər. Buna görə də o Monarxiya sözünü uyğun görmür ancaq qeyd edir ki, bunu Oktyabrda keçiriləcək seçkilər müəyyən edəcək:Azərbaycanın bir Monarxiya olub olmadığını Oktyabr ayında keçirilməsi nəzərdə tutulmuş seçkilər göstərəcək. Buna görə də Azərbaycan xalqı və bizim kimi Azərbaycan haqqında fikirləşən adamlar öz diqqətlərini bu seçkilər üzərində cəmləşdirməlidir.

Səfir Kozlariç qeyd edir ki, monitoring seçkilərlə əlaqədar səylərin yanlız bir hissəsini təşkil etməlidir və keçmişdə ATƏT və bəzi ölkələr müstəgil olaraq Azərbaycana müşahidəçilər göndərmişlər. O qeyd edir ki, bu və bundan sonrakı seçkilərin saxtalaşdırılmasına artıq yol verilməməlidir. O deyir ki, Azərbaycanda həm səfir olduğu vaxt təşkil edilən 1995-ci il seçkilərində və həmdə Milli Demokratiya İnstitutunun müşahidəçisi olaraq getdiyi 2001-ci il seçkilərində qaydalar pozulmuş, seçki qutuları blütenlətlə doldurulmuş və seçkilərin nəticələri saxdalaşdırılmışdır. Amerikanın Azərbaycandakı keçmiş səfiri həmin seçkilərdə saxdalaşdırmanın təkcə seçki məntəqələrində ki, vəzifəli şəxslərin təşəbbüsü yox, yuxarıdan gələn əmirlə ölkə miqyasında və təşkilatlı olaraq həyata keçirilən bir təşəbbüsün nəticəsi olduğuna inandığını vurğulayır. O söyləyir ki, bu seçkilər keçmişdəkilərdən fərqli olmalıdır. Bunun səbəbi isə Azərbaycanın Avropa Şurasına üzv olması və bir Avropa ölkəsi olma arzusudur. Azərbaycan, öz arzusuyla Avropa Şurasına üzv olmuşdur və bir Avropa ölkəsi olmaq arzusundadır. Bu Azerbaycanın qəbul etdiyi, Azərbaycan hökumətinin indiki baş nazirinin də Avropa Şurası ilə yaxın əməkdaşlığı ilə təkid edilən kimsənin məcbur etmədiyi standartdır. Onarın fəaliyyətləri dəfələrlə nümayiş etdirib ki, bu Azərbaycanın gələcəyidir. İndi Azərbaycan hökuməti və Azərbaycan xalqı daha yüksək standardlara tabedirlər. Məsələ sadəcə seçkilərə müşahidə edilməsi yox, Azərbaycan xalqının seçkilərin azad, ədalətli, şəffaf və Avropa standartlarına uyğun olaraq keçirilməsində israr etməsidir. O söyləyir ki eyni zamanda Azərbaycan müxalifəti də yüksək standardların tələblərini ödəməlidir : Mən yüksək standardlardan danışanda bu sadəcə hökumətə yox, eyni zamanda müxalifətə də şamildir. Müxalifətin seçkilərin nə şəkildə keçiriləcəyi ilə əlaqədar qayğılarını bildirmək üçün təkcə küçələrdə nümayişlər təşkil etməsi də özü özlüyündə Avropa standartlarının tələblərini ödəmir. Müxalifət enerjisini ən yaxşı namizedi müəyyən edib və mümkün olsa vahid namizedlə seçkilərə hazırlaşmaya sərf etməlidir. Bu mümkün dəyilsə yaxşı bir neçə namizedi müəyyən etməlidir. Müxalifət həyata keçirməyi arzu etdiyi siyasi dəyişikliklər barədə öhdəlik götürməlidir ancaq bu dəyişiklikləri küçələrdə həyata keçirə bilməyəcək.

Səfir Kozlariç qeyd edir ki, siyasi prosesin demokratiyaya gətirib çıxarda bilməməsi Azərbaycan xalqını ruhdan salmışdır ancaq əhali müsdəqilliyin ilk illərindəki çaxnaşma və təhlükəsizlik problemlərinin yenidən başverməsini də istəmir.

XS
SM
MD
LG